Maraqlı

Citroen-dən kompakt krossover - FOTO

16 Aprel 2014 20:38
0 Şərh     Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir neçə gün bundan əvvəl "Citroen" şirkəti Pekin sərgisində nümayiş etdirəcəyi yeni krossoverin tizerini göstərdi. Onun məşhur konsept Wild Rubis-in seriya versiyasının olması gözlənirdi, lakin Şəbəkədə peyda olmuş dizayner sketçləri bu fərziyyəyə ziddir. 

Milli.Az Auto.az-a istinadən bildirir ki, eskizlərdə bəzi məlumatlara görə "Citroen"-in və "Dongfeng" konserninin birgə təşəbbüsü ilə Çində buraxılacaq krossover təsvir olunub. Carscoops nəşriyyatı "Citroen"-nin Pekində Avropada satışa çıxarıldıqdan sonra dərhal populyarlıq qazanan krossover "Peugeot 2008"-in xüsusi modifikasiyasını göstərəcəyini güman edir. 

"Peugeot 2008"-in iki şevronu olan versiyasının Fransa konserninin digər modelləri kimi Çin bazarında qalacağı və Avropada satılmayacağı istisna edilmir. Lakin istehsalçı səssizliyini qoruyur - elan olunmuş konseptin rəsmi adı belə yoxdur. Yəqin ki, vəziyyət aprelin 20-si başlanacaq Pekin avtosalonunun açılışına yaxın aydınlaşacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.