Maraqlı

Citroen-dən ilk premial yolsuzluq avtomobili - FOTO

16 Aprel 2014 21:37
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Citroen şirkəti bir neçə gün sonra Pekin avtosalonunda olacaq ictimai premyera öncəsi DS premial sırasından öz ilk yolsuzluq avtomobilini məxfilikdən çıxartdı. Wild Rubis konseptinin motivləri üzrə hazırlanmış seriya maşını DS 6WR adlandırdılar, hərçənd daha əvvəllər güman edilirdi ki, o DS X7 adını daşıyacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Citroen DS 6WR qabaritləri - 4550x1860x1610 millimetr, təkər bazası - 2730 millimetrdir. Yeni model 19 düymlük təkər diskləri üzərində hərəkət edir. Citroen DS 6WR dizaynının əsas xüsusiyyətlərindən qabaq hissəsinin daha əvvəllər DS 5LS sedan üçün istifadə edilmiş DS Wings adlandırılan yeni tərtibatını, damın alüminium dayaqlarını, gündüz işığı işıq diodlarının və ksenonun kombinasiyasını qeyd etmək olar.

DS 6WR modeli DS5 heçbeki və DS 5LS sedandan sonra DS mükafat sırasının Çində buraxılacaq üçüncü modeli olacaq. Və bir neçə ay sonra yerli bazar üçün nəzərdə tutulmuş daha bir DS modeli təqdim ediləcək. Daha əvvəl bildirildiyi kimi, PSA Peugeot Citroen qrupu DS markasını tamamilə müstəqil brendə çevirməyi planlaşdırır, amma bunun üçün model sırasını genişləndirmək lazımdır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.