Maraqlı

Xəstənin qarnından qızıl çıxardılar

18 Aprel 2014 19:10
1 Şərh     Baxış: 3 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hindistanın paytaxtı Dehlidəki klinikalardan birində aparılmış cərrahiyyə əməliyyatında iş adamı olan pasiyentin qarnından 12 qızıl külçəsi çıxarılıb.

Milli.Az The Daily Mirror-a istinadən bildirir ki, 63 yaşlı şəxs "Sir Ganga Ram Hospital"a güclü qarın ağrıları, ürəkbulanma və qəbizlik şikayəti ilə çatdırılmışdı. İş adamının dediyinə görə, onun özünü belə pis hiss etməsinin səbəbi arvadı ilə davadan sonra butulka qapağı udması olub.

Lakin cərrahlar 3 saat davam etmiş əməliyyat sonucunda pasiyentin qarnından butulka qapağı ilə yanaşı, hər biri 400 qram ağırlığında 12 qızıl külçəsi çıxarıblar.
 

"Sir Ganga Ram Hospital"ın baş cərrahı C.S.Ramaşandranın dediyinə görə, karyerasında belə hadisə ilə qarşılaşmayıb: "Bir dəfə pasiyentin sidik kisəsindən 1 kq ağırlığında daş çıxarmışdım. Amma qarında qızıl tapmaq ağlagəlməzdir".
 

Əməliyyatdan dərhal sonra polis və gömrükçülər pasiyentin ifadəsini alıblar, qızılları müsadirə ediblər.
 

Polisdən verilən məlumata görə, bu iş adamı Hindistana qızılı qaçaq yolla keçirmək üçün udubmmuş. Qızıl qaçaqmalçılığı ölkənin hakimiyyət dairələrinin qızıl və qızıl məmulatlarının idxal rüsumlarını artırmasından sonra daha da aktivləşib.
 

Milli.Az

Xəbərin mənbəyi: Surgeons left stunned after finding 12 GOLD BARS in stomach of businessman

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.