Maraqlı

Dünyanın ən qəribə qadınları - FOTOSESSİYA

19 Aprel 2014 12:14
3 Şərh     Baxış: 3 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Himbalar Namibiyanın şimalında, Kunene bölgəsində yaşayan kiçik xalqdır. Sayları təxminən 50 min nəfər olan və soykökləri gerero xalqına dayanan himbalar otjihimba dilində danışırlar.
 

Himbalar gererolarla birlikdə 400 il əvvəl Şərqi Afrikadan Namibiyaya köçmüşdülər. Təqribən 150 il əvvəl gererolar himbalardan ayrılıblar və daha cənuba geliblər.
 

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, fotoqraf Erik Laforq himbalar arasında 2 həftə yaşayaraq onların yaşamlarını əks etdirən fotosessiya hazırlayıb.
 

Himbalar iribuynuzlu mal-qara, keçi və qoyun bəsləməklə məşğuldurlar. Qadınlar inək sağırlar. Üstəlik, ən ağır işləri kişilər yox, qadınlar görürlər.

Qadınlar kəndə su daşıyır, ev tikirlər.
 

Himbalar bütün qədim adət və ənənələrini qoruyublar. Onlar "okoruvo" adlandırdıqları alovu müqəddəs sayır, canlılarla axirət dünyası arasında əlaqə hesab edirlər. Qəbilə başçısı yaşadıqca kəndin ən böyük evində alovu sönməyə qoymurlar. Qəbilə başçısı öləndə onun evini dağıdıb yerlə-yeksan edir, sonra da alovu söndürürlər. Qəbilə başçısı dəfn olunmazdan əvvəl isə ona "Kareo nava" (Karepo nawa), yəni "xəstələnmə" deyirlər.

Himba qadınlar keçi dərisindən hazırlanmış yubkalar geyinir, bədənlərini açıq-qəhvəyi rəngdə olan təbii boya - oxra, piy və kül qarışığı ilə boyayırlar. Bir çox hallarda həmin qarışığa "omuzumba" adlı kolun ətirli qətranı əlavə olunur.
 

"Otjize" adlanan həmin qarışıq himba qadınları Günəş şüalarından qorumaqla yanaşı, dəriyə qırmızı rəng verir.

Himbalarda qırmızı rəngli dəri qanı, yəni həyatı səciyyələndirir.
 

Bədənlərini "otjize" ilə boyayan qadınları saçlarına görə ayırmaq olar. Məsələn, himba qadının saçına baxaraq onun ərdə olub-olmadığını, neçə uşağının olduğunu demək olar.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.