Maraqlı

Daha köçürə bilməzsən! - VİDEO

11 Yanvar 2014 12:59
1 Şərh     Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Brüsseldə müəllimlər imtahanda şparqalkadan istifadə edən tələbələrə qarşı mübarizədə texnologiyanın köməyindən istifadə edəcəklər

Azərbaycanda Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası şparqalkadan istifadənin qarşısını almağı bacarır.

Anspress-in verdiyi məlumata görə, Avropada isə bu məsələ əməlli-başlı ciddiləşib. Belçikanın paytaxtı Brüsseldə müəllimlər imtahanda şparqalkadan istifadə edən tələbələrə qarşı mübarizədə texnologiyanın köməyindən istifadə edəcəklər. Yeni mübarizə üsulu kameralı helikopterlərlə bağlıdır.

Belə ki, helikopter sayəsində müəllimlər imtahan ərzində yerindən tərpənmədən tələbələri tam nəzarətdə saxlaya biləcəklər, lakin yeni üsulun nə qədər uğurlu olacağı hələlik məlum deyil. Helikopterin çıxardığı səs tələbənin diqqətini yayındırdığı üçün yeni üsula qarşı tənqidlər də az deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.