Maraqlı

Qiyamət günü ilə bağlı yeni iddialar...

12 Mart 2012 20:15
2 Şərh     Baxış: 4 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Yeni Müsavat" qəzeti yazır ki, dünya yeni bir fəlakəti gözləyir yenə. Bu dəfə 2012-ci ildə və məhz 21 dekabrda həyatın sonunun çatacağı ilə bağlı şayiələr də artmaqdadır. Əslində buna şayiə demək bir az haqsızlıq olar. Çünki ortada ciddi araşdırmalar var, bununla bağlı filmlər çəkilib və... Yaxşı, görək bu faktlar nə deyir.

İlkin versiya odur ki, 2012-ci ilin dekabrında Günəş "Ağ yol"a daxil olacaq. Günəş bu sistemə daxil olan zaman dünyanın "yenilənməsi" baş verəcək. Başqa sözlə, buz dövrünə oxşar tam yenilənmə yaşanacaq. Alimlər bildirir ki, Günəş "Ağ yol"a girsə, bu, qaçılmaz olacaq. Bu halda Günəşdə dəhşətli partlayışlar baş verəcək, Yerdə elektrik enerjisi ilə işləyən hər şey sıradan çıxacaq. Kollaps milyonlarla insanın həyatına son qoyacaq. Yerə dəyən zərərin aradan qaldırılmasına isə ən azı 10 il vaxt lazım gələcək.

Nostradamus, Vanqa və Mayya tayfalarının təqvimi də 2012-ci ilin 21 dekabrını dünyada insan yaşantısının son günü kimi qələmə verirlər. İslam dinində dünyanın Qiyamət gününün əlamətləri haqda məlumatlar var. Bəziləri iddia edir ki, 2012-ci il, dekabrın 21-də Yer kürəsində bütün canlılar məhv olacaq. Bəziləri isə bu cür proqnozların səbəbi kimi 10-cu planet hesab olunan Nibirunun hər 3657 ildən bir Yer kürəsinin yaxınından keçərkən dünyaya müxtəlif fəlakətlər gətirməsini göstərir. Bu planetin Yer kürəsinin yaxınından növbəti keçidi isə 2012-ci ilə təsadüf etdiyindən bu ilin dünyanın son ili olmasına sübut kimi qədim Mayya tayfalarının təqvimi əsas gətirilir.

Bu qənaətə gəlməyə səbəb isə Meksikanın Kamalkalço şəhəri yaxınlığında tapılan və Mayya tayfalarına məxsus olan 1300 il yaşlı daş kitabənin üzərində 2012-ci il, dekabrın 21-nin dünyanın sonu kimi göstərilməsidir. Oxşar daş kitabə Meksikanın Tortuquero adlı bölgəsində də tapılıb.

Mayyalılar onu iddia edir ki, Günəş və Ayı da nəzərə alsaq, 11 cisim var. 12-ci cisim isə Nibiru planetidir.

Versiyalara görə, Nibiru planetini 21 dekabr, 2012-ci ildə göy üzündə yalnız Şimal yarımkürəsində görmək mümkün olacaq. Obyekt Yer kürəsindən 1 iyul, 2014-cü ildə uzaqlaşacaq. Lakin bəzi ekspertlər hesab edir ki, bu qeydlər mayyalıların təqviminə görə yeni eranın başlanğıcıdır.

Nostradamus da dünyanın sonu ilə bağlı verdiyi proqnozlarda 2012-ci ildə bəşəriyyətin kometlə məhv olacağı ilə bağlı proqnoz verib. Nostradamusun proqnozlarına görə, 2012-ci ilin dekabr ayında naməlum kometanın Yer planetinə yaxınlaşması çoxlu sayda dağıntılara və anarxiyaya səbəb olacaq. Öncəgörən bəzi dövlətlərin III dünya müharibəsinə başlaya biləcəyini, sunami, zəlzələ və vulkan olacağını da proqnoz edib.

Versiyalarda 2012-ci ildə planetlərin aktivləşməsi nəticəsində Yer kürəsində kataklizmlər, sunami, meteorit və nəhəng asteroidlərin bizi gözlədiyini də iddia olunur. Qeyd edək ki, dünyanın dağılması barədə hələ eramızın 111-ci ilindən bəri müxtəlif proqnozlar verilib. Lakin onlardan heç biri reallaşmayıb. Həmin versiyalar siyahısında dünyanın dağılacağı gün 2036-cı və ya 2084-cü ilə olacağı haqda da məlumatlar var.

Bəzi astroloqlar həqiqətən də Yer kürəsini təhlükə gözlədiyini, ancaq bunun dünyanın sonu olmadığını bildirirlər. Onlar hesab edir ki, 2012-ci il Yer kürəsinin qatının pozulması mümkündür.

Bu üzdən də 2012-ci ilin Yer kürəsinin hər bir sakinini təbiət hadisələrinə qarşı öz həssaslıq nümayiş etməyə məhkum olacaq. Bu sınaqdan uğurla çıxa bilməyənlərin isə səhhətində ciddi problemlər gözləyir. Bu il maqnit dalğalarının güclənəcəyi, zəlzələ, sunami olacağı da istisna olunmur.

Mayya tayfaları ilə bağlı tədqiqat aparan alimlər onu da bildirir ki, bu tayfalar öz yazılarını daş plitə, ya da sütunlar üzərində yazaraq dəqiq tarix göstərməklə mühüm hadisələrlə bağlı proqnoz verərmiş. Ancaq Mayya tayfalarının əlyazmaları katolik rahiblər tərəfindən yandırıldığından bu yazıların əlyazması bu günə gəlib çatmayıb. Ona görə də Mayya təqviminin düzgünlüyün heç bir əsası və sübutu yoxdur. İndiyə kimi Mayya təqviminin nə vaxt başlanması da məlum deyil. Versiyalara görə, 2012-ci il, dekabrın 21-də sadəcə təqvim sona çatıb.

İngilis alimləri Hyuston və Stüart isə bildirir ki, əslində mayyalılar proqnozları gələcək haqqında məlumat yox, inşa elədikləri binanın fasadına həkk etdirdikləri salnamədən bir parçadır. Tədqiqatçı Henrix Berlin bildirir ki, öncəgörmələr Mayya kahinlərinin öz hökmdarları üçün tərtib elədikləri astroloji cədvəldən savayı bir şey deyil.

Mayya tarixi üzrə mütəxəssis Sven Qronemeyerin dediyinə görə, 2012-ci il yalnız periodlardan birinin sonudur. Bu açıqlamanı dəstəkləyən başqa tarixçilər də qeyd edir ki, 2012-ci ilin dekabrında dünyanın sonu gəlir iddiası yalandır. S.Qronemeyer onu da bəyan edib ki, qədim mayyalıların ismarışları əsasında formalaşan fikir isə şayiədir. Mayyalıların qədim dövrü əhatə edən təqvimi bir-birini əvəzləyən 13 zaman müddətindən ibarətdir. Hər bir müddət (baktun) 394 ilə bərabərdir. Təqvim 13-cü baktunda sona çatır. Yəni 21 dekabr, 2012-ci ildə. Bu, sadəcə qədim müharibə və bərəkət tanrısı Bolona Yoktenin zühuru kimi başa düşülməlidir. Yəni 2012-ci il, dekabrın 21-də dünyanın sonu olmayacaq. Xatırladaq ki, "2012" filmindən sonra 21 dekabrın dünyanın sonu olacağı ilə bağlı film də çəkilib. O da bu mövzudakı ilkin filmin uğurunu təkrarlayacaq kimi görünür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.