Hadisə

Tələbəni maşın vurdu

20 Dekabr 2014 21:48
0 Şərh     Baxış: 1 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə səhər saatlarında şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, 23 yaşlı Bakı şəhər sakini Bayramlı Fətəli Cavanşir oğlu yolu keçmək istəyərkən VAZ markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan Fətəli Bayramlı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona sol baldırın sınığı, qarın və sifət nahiyəsinin zədələnməsi diaqnozu qoyulub.

Həkim Gündüz Tanrıverdioğlu xətənin vəziyyətinin orta- ağır kimi qiymətləndirdi.

Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, hadisəni törədən sürücünün kim olduğu məlumdur və o artıq məsuliyyətə cəlb olunub. Hazırda faktla bağlı araşdırma aparılır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.