Hadisə

Erməni müğənni azərbaycanlıların restoranında konsert verəcək

29 İyun 2017 13:50
4 Şərh     Baxış: 3 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada azərbaycanlılara məxsus "Bakinski dvorik" restoranında erməni müğənninin konserti keçiriləcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, iyunun 30-da baş tutacaq konsertdə erməni şanson, daha çox Boka adıyla məşğul olan Boris Davidyan çıxış edəcək. Konsert "Bakinski dvorik"lər şəbəkəsinin "Sokolniki" metro stansiyası yaxınlığındakı restoranında baş tutacaq. Bu konsertdən sonra erməni müğənni şəbəkənin Moskvada yerləşən digər restoranlarında çıxış edəcək.

Sözügedən sayt əməkdaşı "Bakinski dvorik" restoranlar şəbəkəsi ilə əlaqə saxlayıb. Restorandan verilən məlumata görə, artıq sifarişlərin qəbulu başa çatır.
 
"Bir stulun qiyməti təxminən 60 dollar civarındadır. Restorana gələnlər məhz bu qədər pula menyudan istifadə edə biləcəklər. Sifarişlər 60 dolları aşarsa, əlavə pul ödəniləcək" deyə bildirilib.

Davidyan Boris Arkadyeviç 28 aprel 1949-cu ildə Bakıda anadan olub. Hazırda ABŞ-da yaşayır. Erməni diasporunun aktiv üzvlərindən biridir. Yeri gəlmişkən, 90-cı illərdə Bokanın Moskvada öz restoranı da olub. "U Boki" adlanan bu restoran bir neçə il fəaliyyət göstərsə də, sonradan bağlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.