Hadisə

3 yaşlı uşaq "laqonda"nı qoşdu, ağır xəsarət aldı

28 İyun 2017 23:27
1 Şərh     Baxış: 2 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax rayonunda 3 yaşlı uşağın atasının usta aləti ilə oynamaq istəyi bədbəxt hadisə ilə nəticələnib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Salahlı kəndində baş verib.

Belə ki, 2014-cü il təvəllüdlü kənd sakini Həsənov Yusif Elşən oğlu atasının kəsici aləti - "laqonda"sını elektrik cərəyanına qoşaraq oynamaq qərarına gəlib. Nəticədə alət azyaşlının sağ saidinin arxa hissəsini kəsərək ona ağır xəsarət yetirib. Xəstəxanaya çatdırılan Y. Həsənov təcili əməliyyat olunub və onun qanaxması dayandırılıb. Amma məlum olub ki, alət uşağən qol sümüklərinin də bir hissəsini də kəsərək ciddi zədələyib.
O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Y. Həsənovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xəstəxanadan verilən məlumata görə, xəstəyə mütəxəssislər təkrar baxış keçirəcək və həkimlər yalnız bundan sonra müalicənin davamı barədə qərar qəbul edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.