Hadisə

Dünyaca məşhur türk jurnalist ölən azərbaycanlı modeldən yazdı - FOTO

27 İyun 2017 11:45
0 Şərh     Baxış: 6 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üç gün öncə azərbaycanlı model Leylanın keçirdiyi əməliyyatdan sonra dünyasını dəyişməsi haqda məlumatınız var. Gənc modelin ölüm xəbərinə İtaliyada yaşayan dünyaca məşhur türk jurnalist Dündar Keşaplı da reaksiya verib.

Milli.Az xəbər verir ki, dəfələrlə İtaliyada ilin ən yaxşı əcnəbi jurnalisti seçilən Dündar Keşaplı Leylanın ölüm xəbəri ilə bağlı bunları qeyd edib:

"Gənc yaşda aramızdan getdi. Leyla Alpman - bu gənc bacımızı Romada yaratdığımız İtalya - Azərbaycan dostluq dərnəyinin tanıtımı üçün getdiyim Bakıda tanımaq fürsəti əldə etmişdim. Özü gənc, amma çox dinamik, enerji dolu ve hər şeydən öncə nəzakəti əldən buraxmayan gülər üzlü, pozitiv, enerji dolu bir bacımız idi. Bizi o gərgin iş qrafikində heç yalnız buraxmadı və hər mövzuda çox dəstək oldu... Amma həyat bu qədər necə acı və üzücüdür. Anası ilə bayramlaşma vəsiləsi ilə bu sabah mesajlaşarkən bu üzücü və acı mesaji aldım... O artıq həyatda deyil. Dünən vida edib, keçirdiyi bir əməliyyat səbəbi ilə (yanlış əməliyyat) gənc yaşında aramızdan ayrılıb... Çox üzgünəm, söyləyəcək çox söz də tapa bilmirəm. İçim yanır, amma həyat bu. Qismətimizdə nə yazılıbsa, o olur demək ki. Bu səhər anası "Qızım mələk oldu" dedi. "Xeyirdir" dedim,  "Yoxdur artıq aramızda" deyincə,  dedim "Zarafatmı edirsən?" . Demək düz imiş ... Gerçək və çox acı gerçək həm də!

Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Anasına və yaxınlarına da Allahdan səbr diləyirəm".

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.