Sosial şəbəkələrdə Dağlıq Qarabağın yeni görüntüləri yayılıb.
Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, videonu Xankəndinə səfər etmiş turist çəkib.
O, motosikleti ilə Xankəndinin küçələrində dövrə vurur. Videodan görünür ki, şəhərdə həyat öz axarı ilə davam edir. Görüntülərin iyunun 23-də lentə alındığı qeyd olunur.
Xatırladaq ki, bir neçə gün əvvəl isə rus turistlər Kəlbəcərdəki istirahət videosunu paylaşmışdı.
Milli.Az