Hadisə

Bakıda məşhur klinikaya məxsus "ambulance" qəzaya düşdü - Xəsarət alanlar var - YENİLƏNİB - VİDEO - FOTO

24 İyun 2017 10:22
0 Şərh     Baxış: 3 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:22

Bakıda "Zəfəran hospital"a məxsus, "Volkswagen" markalı təcili yardım xidmətinin avtomobili qəza törədib. 

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xosyski küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, ambulans sayrışan işıqları yandıraraq işıqforun qırmızı işığında yolu keçib. Bu zaman Əhməd Rəcəbli küçəsində, işıqforun yaşıl işığında hərəkətdə olan "Daewoo" markalı avtomobil təcili yardım maşınına çırpılıb. Nəticədə ambulans aşıb. Eyni zamanda Fətəli Xan Xoyski küçəsində hərəkətdə olan, 67 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu da aşmış vəziyyətdə olan ambulansa çırpılıb.

Hadisə zamanı ambulansın sürücüsü, 1955-ci il təvəllüdlü Əliyev Yelmar Hüseyn oğlu ilə yanaşı, sərnişin avtobusunda olan daha 2 sərnişin xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib. 

-----------------

23.06.2017

23:29

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Qəza zamanı "Zəfəran" Hospitalın təcili yardım maşını ilə minik avtomobili toqquşub. 

Toqquşma zəncirvari qəza ilə nəticələnib. Belə ki, avtomobil "ambulance"a dəyəndən sonra, təcili yardım maşını da marşrut avtobusu ilə toqquşub.  Hadisədə xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. 

Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma gedir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda məşhur klinikanın

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.