Hadisə

Ermənistan tərəfi yalan məlumat yayır - Nazirlikdən cəbhə ilə bağlı açıqlama

23 İyun 2017 10:40
0 Şərh     Baxış: 1 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə Nazirliyi Ermənistan tərəfinin təxribat yönümlü yaydığı məlumatlarına cavab verib.

Milli.Az xəbər verir ki, Müdafiə Nazirliyindən femida.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq "inam" verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə etmişdir.

Xatırladaq ki, Ermənistan guya Azərbaycan tərəfinin hücum etməsi və itki verməsi barədə məlumat yaymışdı.

Qeyd edək ki, iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.Düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.