Hadisə

Rusiyalı turistlər Kəlbəcərdə - VİDEO

21 İyun 2017 15:59
6 Şərh     Baxış: 3 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı turistlər Azərbaycanın işğal olunmuş rayonu Kəlbəcərə tur təşkil ediblər.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, turistlər Qarabağa motosiklətlə gediblər. Videoda isə erməni dilində "Qarabağ" adlı mahnı ifa olunub. Rusiyalı turistlər qalacaq və qidalanmağa yer axtarıblar. 

Mədəniyyət və turizm nazirimiz Əbülfəs Qarayev isə ötən gün bildirmişdi ki, Azərbaycanın işğal altındakı torpaqlarına turist axını qeyri-mümkündür.

"Dünya Turizm Təşkilatının xüsusi qərarı var ki, işğal altında olan torpaqlarda, təhlükəli ərazilərdə turizmin təbliği və təşkili məqsədəmüvafiq deyil. Bu, beynəlxalq qurumun təsdiq etdiyi bir qərardır və bütün dünya ölkələrinə bu tövsiyə göndərilir. Sözsüz ki, ona əməl edənlər var. Amma təəssüf ki, Ermənistan bu tövsiyəyə məhəl qoymur. Qəbul olunmuş qərarlara hörmətsizlik göstərilməsi bu ölkənin siyasətidir"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.