Hadisə

"Gənclik Mall"da həyəcan: insanlar təxliyə olundu - FOTO - YENİLƏNİB

20 İyun 2017 17:19
5 Şərh     Baxış: 6 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:19

Milli.Az bildirir ki, məsələ ilə bağlı azxeber.com-a danışan "Gənclik Mall" ticarət mərkəzinin ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Nuranə İskəndərova deyib ki, problem artıq həll olunub: "Gənclik Mall"da 30 dəqiqə işıqlar olmayıb. Məsələ ilə bağlı aidiyyatı qurumlarla danışdıq və problem tamamilə həll olundu. Hazırda heç bir problem yoxdur və ticarət mərkəzi açıqdır".

----------

16:50

Bakının məşhur ticarət mərkəzində həyəcanlı anlar yaşanıb.

Milli.Az xəbər verir ki, Tofiq Bəhramov stadionunun yaxınlığında olan "Gənclik Mall" ticarət mərkəzindən insanlar təxliyə olunublar. 

Orada olan şəxslərdən biri redaksiyamıza fotolar göndərib. Onun sözlərinə görə, bir anda ticarət mərkəzində işıqlar söndü və hər kəsdən oranı tərk etməyi istədilər.

Ceyhun Ələkbərov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.