Hadisə

Azərbaycanda halı pisləşən vəzifəli şəxs xəstəxanada ölüb

19 İyun 2017 23:56
4 Şərh     Baxış: 6 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucarda iş otağında halı pisləşən vəzifəli şəxs xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün gündüz saatlarında Ucar Suvarma Sistemləri İdarəsinin müdiri, 1962-ci il təvəllüdlü Əlkiram Həmid oğlu Mahmudovun  iş otağında halı qəflətən pisləşib.

O, Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilərək ilkin tibbi yardım göstərilib. Həkimlər xəstəyə vəziyyətin ciddiliyini anladaraq təcili müalicə olunmasını tövsiyə ediblər.  Ə. Mahmudov həkimin nəzarəti ilə  Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb və müayinə otağında  dünyasını dəyişib. 
 
İlkin məlumata görə, mərhumun ölümünə səbəb ürəyində yaranan problem olub. Xəstəxanadan verilən məlumata görə, bu ilin fevral ayında da Ucar Mərkəzi Rayon xəstəxanasında müayinə olunan Ə. Mahmudova həkimlər xəstəliyin ciddiliyini anladaraq təcili olaraq müalicə almasını tövsiyə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.