Hadisə

Naxçıvandakı təlimlər erməniləri qorxuya saldı

19 İyun 2017 18:30
5 Şərh     Baxış: 2 344

Azərbaycan ordusunun bu gün başlatdığı növbəti irimiqyaslı hərbi təlimlər Ermənistanda təşvişlə izlənilməkdədir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistanın birinci Qarabağ müharibəsində iştirak etmiş ilk kəşfiyyat-diversiya batalyonunun komandiri Vova Vartanov bu təlimlərin təkcə qorxu yaratmaq məqsədi daşımadığını, eyni zamanda potensial müharibə ssenarisinin məşqi olduğunu deyib.

Xəbər verildiyi kimi Azərbaycan silahlı qüvvələri 23 minlik canlı qüvvə və yüzlərlə hərbi texnikanın iştirakı ilə döyüş şəraitinə maksimal yaxınlaşdırılmış irimiqyaslı hərbi manevrlərə başlayıb. Bu, son iki ay ərzində Azərbaycan ordusunun keçirdiyi üçüncü belə irimiqyaslı təlimlərdir.

"Təlimlər həmişə hərbi əməliyyatlardan əvvəl keçirilən baş məşqdir. Onlar müxtəlif ssenariləri nəzərdən keçirirlər. Üstəlik Azərbaycan tərəfi son vaxtlar bu prosesə Gürcüstanı da fəal cəlb etməyə başlayıb, hansı ki, həvəssiz də olsa razılaşır"-kəşfiyyatçı Vartanov deyib.

Vartanov bir maraqlı tendensiyanı da qeyd edib ki, bu il ərzində Azərbaycan ordusu silahlı qüvvələrin bölmələrinin təlim rayonlarına atılması üçün özünün uçuş vasitələrindən və təyyarəçilərindən istifadə tendensiyası nümayiş etdirir. Onun sözlərinə görə, Naxçıvandakı təlimlər xüsusilə diqqəti cəlb edib. Belə ki, iyunun 12-dən 16-na qədər Naxçıvan Əlahiddə Ümumqoşun ordusu Türkiyə ordusunun bölmələri ilə taktiki təlimlər keçirib.

"Naxçıvandakı təlimlər göstərir ki, biz təkcə Qarabağda yox, eyni zamanda Sünik və Vaytsdozor vilayətlərində (Azərbaycanın qədim Dərələyəz və Gorus mahalı-red.) hazır olmalıyıq. Hadisələrin bu cür inkişaf ssenarisinə təkcə ordunu yox, ictimaiyyəti də hazırlamaq lazımdır"-Vova Vartanov deyib.

Kəşfiyyatçı Vova təklif edib ki, Ermənistan bütün ölkə boyu mülki müdafiə təlimləri keçirməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    $.$.$. · 19 İyun 18:3540

    bircə bu Qarabaqı alsaydıq butun Şəhidlərimizin ruhu rahatlaşardı

    Cavab yaz
  • Anonim
    ALEKS❤ · 19 İyun 19:4240

    Gərəkki ermənilər məşhur pampers şirkətləri ilə bağladıqları müqavilənin maddiyatını(pulunu)bir az da artırsınlar.çünki azərbaycan ordusunun eləcə təlimləri onları şoka salıb.özlərini əməlli başlı batırıblar.pampers ermənilərə çox lazımdı.indiki vəziyyətləri bunu deyir.

    Cavab yaz
  • Anonim
    Detektiv · 19 İyun 20:0450

    Ay bedbext obezYAN , Azerbaycan bu bolgede ister siyasi, ister iqtisadi, isterse de herbi cehetden en guclu dovletdir. Siz vetendaslariniza sican kimi derme desikde gizlenmek ucun telim kecseniz de hec bir xeyiri olmayacaq. Azerbaycan ordusu sizin Qarabagdaki tor tokuntunuzu de, sican kimi desikde gizlenen vetendasinizi da mehv etmek gucundedir. Ona gore de eyer basiniz varsa yaxsi yaxsi fikirlesin ve Qarabagdan redd olun!

    Cavab yaz
  • Anonim
    Arif Tər Tər · 19 İyun 22:3441

    Belə bir qoşun girəcək bir gün irəvana inşallah

    Cavab yaz
  • Anonim
    Yurd · 20 İyun 00:1810

    Dığaların meğlubiyyeti qaçılmazdır Yaşasın Azerbaycan.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.