Hadisə

Ermənilər Qarabağda hotellər tikirlər - FOTO

19 İyun 2017 09:38
12 Şərh     Baxış: 2 387

Ermənilər xariciləri Qarabağa cəlb etmək üçün ərazidə çoxlu sayda hotel, motel və hostellər istifadəyə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı AMEA-nın İnsan Hüquqları İnstitunun əməkdaşı Faiq İsmayılov verib.

O bildirib ki, Ermənistan hökuməti Şuşa şəhərində Azərbaycan memarlıq nümunələri sayılan binaları təmir edərək hotel kimi istifadəyə  verirlər. Bu hotellərdən biri "Avan Shoushi Plaza" hoteldir. Üç ulduz lisenziyası ilə sənədləşdirilən bu hotel, keçmiş "Qarabağ" mehmanxanasının binasıdır. Hotel 2011-ci ildə istifadəyə verilib. Hoteldə 49 çarpayı, 6 birnəfərlik otaq, 18 ikinəfərlik otaq, 7 birnəfərlik lüks otaq  mövcuddur. Qiymətlər mövsümdən asılı olaraq 10 dollardan, 187 dollar arasında dəyişir: "Qiymətlərin yüksəkliyi burada müştərilərin heç də qıt olmadığını göstərir". 

"Shushi Grand Hotel" isə 2011-ci ildə Şuşa şəhərinin tarixi binalarının birində istifadəyə verilib. Hotel rus kilsəsi ilə üzbəüz ərazidə yerləşir. Burada 76 çarpayı, 14 birnəfərlik, 25 ikinəfərlik, 3 vip-birnəfərlik, 3 ailəvi-üçnəfərlik otaqları var.  

Shushi Hotel şəhərin mərkəzinə yaxın, rus kilsəsinin 50 metrliyində yerləşir.  21 çarpayı, 9 ikinəfərlik, 3 birnəfərlik otaqları var.

Armen and Christina's B&B:  Şuşada otellərdən başqa adi vətəndaşlarda azərbaycanlıların yaşadıqları evləri təmir edərək ucuz qiymətə turistlərə icarəyə verirlər. Fransa vətəndaşı Armen adlı bir şəxs Rumıniyadan olan Kristina adlı bir qızla evlənərək Şuşaya gələrək burada bir neçə boş evi təmir edərək hotel biznesi ilə məşğul olurlar. 

İrəvandan olan gənc ailə Mhitar və Armin də Şuşaya gələrək buradakı boş azərbaycanlı evlərini təmir edərək turistlərə icarəyə verərək gəlir əldə edirlər. 

Şuşi hotelində xidmətçi işləyən Bella adlı bir xanım da məskunlaşdığı evdə hər gün 4 - 5 turist qəbul edə bilir. 

Ermənistan Hökuməti  Kəlbəcər, Ağdərə, Xocavənd, Hadrut və Martuuni ərazilərində türizmin inkişafı üçün böyük məbləğdə investisiya qoyur, hər il yeni-yeni hotellər istifadəyə verirlər. Ermənilər Hadrud qəsəbəsinin mərkəzində "Nazank" coaching inn (Nazank hostel) otelini istifadəyə veriblər.

Noyan Tapan Hosteli isə Şuşa yaxınlığında yerləşir. Restoranı və müştərilərinə uyğun  olaraq ekskursiya xidmətləri mövcuddur. 

Ağdərə şəhərinin mərkəzində "Lousastgh" hosteli fəaliyyət göstərir. 

Laçın rayonunun Soltanlar (Hüsülü) kəndində Soltan Əhməd sarayının binasında Melikatun Hostel yaradılıb.

Xocavənd rayonunun Tuğ kəndində Kyank hosteli istifadəyə verilib. Hotelin restoranı və istirahət zonası var. 

Ağdərə şəhərinin mərkəzində Hostel Artsakh yerləşir. 19 çarpayıdan 1 ikinəfərlik, 1 üçnəfərlik, 1 dördnəfərlik, 2 beşnəfərlik otaqlardan ibarətdir.

F. İsmayılov bildirib: "Hal - hazırda Ermənistan hökumətinin Qarabağda apardığı turizm təbliğatı qeyri-qanuni olmaqla həm də əxlaqi dəyərləri zədələyir. Bütün bu oyunların qurulmasında Ermənistan hökumətinin məqsədi: - dünya ictimaiyyətinin diqqətini çəkmək və Dağlıq Qarabağ ərazilərini müstəqil inzibati ərazi vahidi kimi tanıtmaqdan ibarətdir". 

Həmin otellətin bəzilərinin fotolarını təqdim edirik:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

12 Şərh:

  • Anonim
    melik · 19 İyun 09:4132

    biraz luks hazirlasinlar INSALLAH orda dincelmek bizim esgerlere nesib olacaq ermeni qizlariyla

    Cavab yaz
  • Anonim
    $.$.$. · 19 İyun 09:4311

    gör biz nə gundəyik ki erməni dıqaları hötellər tikib istifadəyə verib pul qazanırlar Şuşamızda aqlım başından cixdi bu qədər hotelləri işlədən ermənilər bununla bizə demək istəyirlər ki yani yanun yaxılın Qarabaq bizimdir hə ?

    Cavab yaz
  • Anonim
    Boyyy · 19 İyun 09:4831

    salamat isdatmaz insallah . Basqasinin baqina girib zabt eliyan ancaq meyvani yuxuda goraraaaaaa ay diqalar

    Cavab yaz
  • Anonim
    Rr · 19 İyun 09:5201

    can Qarabaq gor ne gune qalmisiq ki....bu diqalar burda kef edir

    Cavab yaz
  • Anonim
    Baku · 19 İyun 09:5431

    Bes deyirler acimnan olurler

    Cavab yaz
  • Anonim
    MEHMAN · 19 İyun 10:5131

    NƏ ALCAQ HAYASIZ MİLLƏTDİR BU ERMƏNİLƏR --KÖKÜNÜZÜ QAZIYACAYIQ TİKİN -TİKİN ŞƏRƏFSİZLƏR .

    Cavab yaz
  • Anonim
    asi · 19 İyun 11:2201

    Bu it uşağı söksünlər vay, sökdüklərini bərpa edib tiksinlər vay)).Biz görəsən nə istəyirik??)..Amma əla, mən alqışlayıram, yaxşı edirlər, dahada çox tiksinlər, iş bizə qalmasın..Hazırına gedərik)..

    Cavab yaz
  • Anonim
    bizimdir · 19 İyun 12:5901

    allahin komekliyi ile bize qalacaq xosum gelmedi o murdarlara demek lazimdir ki daha yaxsi tiksinler sade kend evlerine oxsayir ozlerine inamlari yoxdur bilirler ki onlarliq deyil

    Cavab yaz
  • Anonim
    naza · 19 İyun 13:3511

    Erməni millətinin o otellərdə yas mərasimləri keçirilsin. İnşallah.

    Cavab yaz
  • Anonim
    * · 19 İyun 16:1411

    BU QOLU QIRILMIŞ KİMDİR GÖRƏSƏN .ERMƏNİ .

    Cavab yaz
  • Anonim
    Ibrehım · 19 İyun 16:2001

    Resmı yerevan ermenılerı ele zeherleyıb kı, yalnız muharıbe onları agıllada bıler.....

    Cavab yaz
  • Anonim
    Sevinc · 20 İyun 09:5600

    Bir az muasirinden tikin. Axi gelib orada bizim esgerlerimiz istirahet edecek.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.