Hadisə

Bakı-Qazax yolunda ağır qəza: 5 nəfər yaralandı - 3-ü uşaqdı

15 İyun 2017 18:58
0 Şərh     Baxış: 1 110

Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, yolun 330-cu kilometrliyində VAZ-2107 ilə "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-da olan sərnişinlər - 1962-ci il təvəllüdlü Mərziyyə Məmmədova, onun gəlini 1984-cü il təvəllüdlü Təranə Məmmədova T. Məmmədovanın övladları - 10 yaşlı Raul, 9 yaşlı Nadil və 40 günlük Rəsul müxtəlif bədən xəsarətləri alıblar. Uşaqlar Gəncə 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, M.Məmmədova və T. Məmmədova isə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.