Hadisə

"Oğlu görüb ki, sahənin ortasında yatıb" - Qoyun otaran kişini ildırım vurdu - VİDEO - YENİLƏNİB

15 İyun 2017 18:02
0 Şərh     Baxış: 2 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:02

Zaqatalada 55 yaşlı kişini ildırım vurub.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Üçüncü Tala kəndi ərazisində baş verib.

Kənd sakini İsa Bayramov səhər qoyunlarını otarmaq üçün yaxınlıqdakı sahəyə gedib. Bir neçə saat sonra qoyunların tək qayıtdığını görən oğlu, atasına zəng etsə də, cavab verən olmayıb. Həmin əraziyə getdikdə, sahənin ortasında atasının сansız bədəni ilə qarşılaşıb.

Musa Bayramov - Mərhumun qardaşı: "Səhər qoyun otarmağa gedib, ildırım vurub orada onu. Qoyunlar evə gəlib, oğlu gedib dalınca görüb ki, sahənin ortasında yatıb".

İlkin ehtimala görə, İsa Bayramov ildırım vurması nəticəsində dünyasını dəyişib.

Videonu izləmək üçün şəkilə klikləyin. 

Qoyun otaran kişini ildırım vurdu - YENİLƏNİB

-----------

17:06

Zaqatalada 55 yaşlı kişi ildırımvurma nəticəsində ölüb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Üçüncü Tala kəndi inzibati ərazisində baş verib. 

Kənd sakini, 55 yaşlı İsa Sahəddin oğlu Bayramov qoyunlarını otarmaq üçün yaxınlıqdakı otlaq sahəyə gedib. Bir neçə saat sonra qoyunların özbaşına qayıtdığını görən oğlu atasına zəng etsə də, telefona cavab verən olmayıb. Oğlu otlaq sahəsinə gedəndə, atasını sahənin ortasında ölmüş vəziyyətdə görüb.

Araşdırma zamanı məlum olub ki, İ.Bayramov ildırım vurub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.