Hadisə

Ata qəza törətdi, oğul öldü - FOTO

11 İyun 2017 14:56
0 Şərh     Baxış: 2 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunun Lək kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə 56 yaşlı Bərdə rayon sakini Süleymanov Hüseyn Zülfüqar oğlunun idarə etdiyi "Qazel" markalı yük avtomobilin yol kənarında duran "Shacman" markalı yük maşınına arxadan çırpılması nəticəsində qeydə alınıb.

Qəza zamanı sürücü ağır bədən xəsarətləri alıb, onun yanında əyləşən 26 yaşlı oğlu, Bərdə rayon sakini Süleymanov Yasin Hüseyn oğlu isə hadisə yerində dünyasını dəyişib. H.Süleymanov ətrafdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müxtəlif bədən xəsarətləri almış yaralının vəziyəti orta-ağırdır.

Faktla bağlı rayon Pols şöbəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.