Hadisə

Zaqatalaya dolu yağdı - Ciddi ziyan vurdu - VİDEO - FOTO

1 İyun 2017 20:14
1 Şərh     Baxış: 8 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada güclü küləklə müşahidə olunan qısamüddətli leysan yağışı yağıb.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, rayonun Danaçı və Fındıqlı kəndlərinə isə dolu düşüb.

Kənd sakinlərinin dediyinə görə, təxminən 25 dəqiqə ərzində yağan dolu qoz qədər və daha iri olub. Fındıqlı və Danaçı kəndinin bir hissəsinə düşən dolu əsasən meyvə tərəvəzə ziyan vurub.

Cabbar Fazıyev - Zaqatala sakini: "Fındıq boyda dolu idi. Yeri ağartmışdı. 1 santimetrə yaxın dolu var idi. Adam ayağını atanda buzun təsiri hiss olunurdu. Pomidorumuza, kartofa ciddi ziyanlar vurub".

Dəymiş zərərin məbləği aparılan hesablamalardan sonra müəyyənləşəcək.

Videonu izləmək üçün şəklə klikləyin:
Zaqatalada yağış, leysana çevrilib

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.