Hadisə

Yol-nəqliyyat hadisəsi iki nəfərin həyatına son qoyub, 7 yaralı var - VİDEO

29 May 2017 21:15
0 Şərh     Baxış: 1 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə avtomobil küçəni süpürən qadını vuraraq öldürüb.

Milli.Az bildirir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu süpürən Təmizlik İdarəsinin işçisi olan qadını vurub. Ağır xəsarət alan qadın hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Ələt-Astara magistral yolunda isə 52 yaşlı velosipedçini maşın vuraraq öldürüb. Hadisə Lənkəranın Velədi kəndi ərazisində baş verib. Lənkəran rayon Mamusta kənd sakini Vasif Həsəsnov idarə etdiyi avtomobil ilə velosipedlə hərəkətdə olan Tərlan Ələsgərovu vurub. O, hadisə yerində keçinib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ləkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Lənkəranın Boladı kəndində isə 7 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 2 minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 7 nəfər Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yol-nəqliyyat hadisəsi iki nəfərin həyatına son qoyub, 7 yaralı var

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.