Hadisə

"Gecə idi, görmədim" - "06" inəyi vurub öldürdü - VİDEO - FOTO

26 May 2017 15:01
3 Şərh     Baxış: 1 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saatlarında Şəkidə Qırxbulaq kəndi ərazisində avtomobil inəyi vurub.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, Şəkinin Baş Zəyzid kənd sakini Xaləddin Lətifov idarə etdiyi 55-BM-192 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən qəfildən qarşısına inək çıxıb.

Xaləddin Lətifov - Baş Zəyzid kənd sakini: "Ani anda inək qabağıma çıxdı. Gecə vaxtı idi heç görmədim. 2 metrdən qabağıma qaçdı".

Qəza nəticəsində iribuynuzlu heyvan tələf olub, avtomobil yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü qəzadan xəsarətsiz ötüşüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Gecə idi, görmədim" - "06" inəyi vurub öldürdü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.