Hadisə

Bakıda dəhşətli zəncirvari qəza: ölənlər və yaralananlar var - YENİLƏNİB

26 May 2017 10:11
2 Şərh     Baxış: 4 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:11

Bakıda dəhşətli yol qəzası baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində - Lökbatan dairəsindəı "VAZ 2107" markalı, 10 SR 797 dövlət qeydiyyat nişanlı minik avtomobili, "MAZ" markalı, B095 XQ dövlət nömrə nişanlı mikroavtobus və "Mercedes" markalı, 99 XS 052 nömrəli minik maşını toqquşub.

Nəticədə "VAZ 2107"də olan 1981-ci il təvəllüdlü Paşayev Rüfət İdris oğlu və 1989-cu ildə anadan olmuş Məmmədov Mikayıl Şıxəli oğlu vəfat edib. 1989-cu il təvəllüdlü Məhmədov Cəlal Cəfərağa oğlu və 1987-ci ildə anadan olmuş Musayev Elçin Adil oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yaralıları maşından FHN-in xilasediciləri çıxarıb. Qəzaya düşən avtomobillərdən biri Hərbi Dəniz Qüvvələrinə məxsus olub.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

----------

08:37

Bakının Qaradağ rayonunda iki nəfərin ölümü və daha iki nəfərin xəsarət alması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Lökbatan dairəsi yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobillə Dövlət Sərhəd Qoşunlarına məxsus kiçik tutumlu avtobus toqquşub. Nəticədə "VAZ 2107"dəki sərnişinlərdən biri hadisə yerindəcə ölüb.

Qəza zamanı habelə 3 nəfər - 1989-cu il təvəllüdlü Məhmədov Cəlal Cəfərağa oğlu, 1987-ci il təvəllüdlü Musayev Elçin Adil oğlu və 1981-ci il təvəllüdlü Paşayev Rüfət İdris oğlu ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən Rüfət Paşayev ilkin tibbi yardım zamanı dünyasını dəyişib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.