Hadisə

Aprel döyüşlərində yaralanan erməni əsgər Moskvaya aparılıb - VİDEO

23 May 2017 13:46
3 Şərh     Baxış: 2 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il aprel döyüşlərində ağır yaralanan erməni hərbçi Roland Saakyan müalicəsinin davam etdirilməsi üçün Moskvaya göndərilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu "news.am" saytına hərbçinin qohumları deyib.

Qeyd olunub ki, Roland Saakyan ötən ilin aprel ayında minaya düşərək ağır yaralanıb. Bir ildən sonra Ermənistan Səhiyyə Nazirliyinin nəzdindəki komissiya onun xaricdə müalicəsinin təşkili ilə bağlı müsbət rəy verib. Öz növbəsində, Ermənistan hökuməti Saakyanın Rusiyada müalicəsinin davam etdirilməsi barədə qərar qəbul edib.

Sıravi Roland Saakyan aprel hərbi əməliyyatları zamanı ciddi xəsarət alıb. Hərbi hospitalda 9 dəfə əməliyyat olunub. İndi onun reabilitasiya müalicəsinə ehtiyacı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.