Hadisə

Toy karvanında avtoxuliqanlıq edən şəxs həbs olundu - VİDEO - FOTO

22 May 2017 15:37
4 Şərh     Baxış: 2 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücü yol polisi tərəfindən saxlanılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər ki, şəhər sakini Sərxan Rzayev avtomobilinin dövlət nömrə nişanlarını açaraq toy karvanında avtoxuliqanlıq etsə də məsuliyyətdən yayına bilməyib.

Polis təhlükəsiz şəhər kamerasının görüntülərinə əsasən, avtomobili və sahibi qısa müddətdə müəyyən edilərək məsuliyyətə cəlb edib.

Onun avtomobili cərimə meydançasına aparılıb, özü isə 20 sutkalıq həbsə salınıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Toy karvanında avtoxuliqanlıq edən şəxs həbs olundu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.