Hadisə

Bakıda yol polisi xanım üçün qollarını çirmələdi - FOTO

19 May 2017 15:47
31 Şərh     Baxış: 2 907

Bakıda yolda qalan xanımın polislər köməyinə çatıb.

Milli.Az xəbər verir ki, bu gün səhər işə gedən xanım sürücünün avtomobilində problemlər yaranıb. Babək prospektindən üzü Yusif Səfər küçəsi ilə hərəkət edən maşının təkəri buraxıb. Bu zaman həmin ərazidən keçən yol polisi bütün işini ataraq xanıma yardım edib. 

Xanım sürücü baş vermiş hadisəni bü cür danışıb:

"Bu gün səhər işə gedəndə avtomobilimin təkəri buraxdı. Maşını sağa çəkib saxladım və həyat yoldaşıma zəng edərək onun gəlməsini gözlədim. 

Bu zaman oradan keçən yol polisi hadisə yerinə yaxınlaşdı. Öncə həyacanlandım, düşündüm ki, indi qanunsuz yerdə saxladığıma görə cərimə edəcəklər. Ancaq 99 YP 416 nömrəli maşındakı polislər problemin nə olduğunu gördükdə avtomobildən düşərək mənə yardım etdilər. Həmin şəxslər qollarını çirmələyərək dizlərini yerə qoyub avtomobilimin təkərini digəri ilə dəyişdilər. 

İstərdim biləsiniz ki, həyatda hələ də xeyirxah insan var. Və bu polisin gördüyü iş digər məmurlara nümunə olsun". 

Qeyd edək ki, bir neçə dəqiqə sonra hadisə yerinə sürücünün həyat yoldaşı gəlib. Ancaq polis əməkdaşları kişinin gəlməyinə baxmayaraq işlərini tam gördükdən sonra oranı tərk ediblər. 

Ceyhun Ələkbərov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

31 Şərh:

  • Anonim
    . · 19 May 15:5481

    Xanim olmağını elə vurğulayirsiniz ki,guya başqa birisi olsa idi kömək etməyəcəklərdi?

    Cavab yaz
  • Anonim
    Atilla N.N. · 19 May 15:55101

    Qürur duydum, vallah, Allah belə oğullarımızı var eləsin! Və.. əslində çox təəccüblənmədim də, çünki polislərimizin böyük əksəriyyəti xalqımızın xidmətində ləyaqətlə dayanırlar, sağ olsunlar!

    Cavab yaz
    • Anonim
      Emin. · 19 May 16:4625

      Bilirsiz eslinde mesele necedir? Sagolsunlar komek edibler, amma bir sebeb de budur ki, reis tapsirib ki yolu temizleyin, masinlara dayanmaga imkan vermeyin, bu da mecbur duzeldir ki tez getsin ordan

      Cavab yaz
  • Anonim
    sax · 19 May 15:5954

    dankrati qabaga qoyur..amma qabaq teker buraxmayib axi..az festifal verin.ozlerini yaxsi gostermek isteyirler

    Cavab yaz
    • Anonim
      mələy · 19 May 16:1842

      Salam. Sən orada idin?

      Cavab yaz
    • Anonim
      Efqan · 19 May 16:5142

      15:59 la tam raziyam . Şou proqram gösterirler . Usta durub qiraqda , buda yalandan eyilib baxir , başi çixanlar kimi

      Cavab yaz
      • Anonim
        )))))) · 19 May 17:1732

        ))))

        Cavab yaz
      • Anonim
        ..... · 19 May 17:1732

        Polisin şou proqram düzəltməyə ehtiyaci yoxdur.Hər peşədən yüksək polis peşəsidir.Siz də yaxşılıq eləyin sizdən də danışsınlar.Burda şou göstərməklə deyil.

        Cavab yaz
        • Anonim
          Efqan · 19 May 17:3542

          Senin polisin yaxşi polis olsaydi, onlar haqqinda menfi düşünmezdim .

          Cavab yaz
  • Anonim
    Shahsuvar · 19 May 16:1161

    DYP-nin 70 %-i əla oğlanlardır.

    Cavab yaz
  • Anonim
    Niko · 19 May 16:1432

    Qadın böyük qüvvədir

    Cavab yaz
  • Anonim
    mələy · 19 May 16:1841

    Salam. Halal olsun belə polislərimizə. Var olsunlar.

    Cavab yaz
  • Anonim
    Aqshin · 19 May 16:3113

    Cox saf qelbli semimi insandilar)))

    Cavab yaz
  • Anonim
    Fərid Əliyev · 19 May 16:3261

    yene adımızı yüksəkdə tutduq, polis adiyla və peşəsiylə fəxr edir.

    Cavab yaz
    • Anonim
      mələy · 19 May 16:3621

      Salam. Necəsiniz? Halal olsun sizlərə, var olun.

      Cavab yaz
  • Anonim
    Heybet · 19 May 16:3545

    Gurama iwdi. Men inanmadim nese. Yegin gundeme gelmek isteyir.

    Cavab yaz
    • Anonim
      ..... · 19 May 17:2141

      Polisin gündəmə gəlməyinə ehtiyac yoxdur.Gündəmə sənin kimilərin ehtiyaci var.Yaxşılıq edirsən öz işindi.Elədiyin hər şeyi gəlib burda yazirsan ki gündəmə gələsən.Hamı sağ ol desin.İndi görünür kim gündəmə gəlmək istəyir

      Cavab yaz
      • Anonim
        Heybet 17-31 · 19 May 23:0600

        Sen kimsense yegin menim burda fanatimsan

        Cavab yaz
  • Anonim
    mələyə · 19 May 16:4100

    cox sag olun siz necesiniz?

    Cavab yaz
    • Anonim
      mələy · 19 May 17:2900

      Şükür yaxşıyam. Yaxşı olasınız.

      Cavab yaz
  • Anonim
    Mən · 19 May 16:5820

    MƏNİM DƏ ƏMİM MAŞINI TƏZƏ SÜRÜR.HEÇ VAXTİ RİSK EDİB SÜRMƏYİB,BAŞI DA ÇIXMIR MAŞINDAN.O GÜN BU CÜR HADİSƏ ƏMİMİM DƏ BAŞINA GƏLMİŞDİ,SAĞ OLSUN DYP İŞÇİLƏRİ ÖZLƏRİ DÜZƏLTDİLƏR.

    Cavab yaz
    • Anonim
      mene yeni sene! · 19 May 18:5101

      Gopa basma!

      Cavab yaz
  • Anonim
    mələyə · 19 May 16:5900

    wukur. siz necesiniz?

    Cavab yaz
    • Anonim
      mələy · 19 May 17:3000

      Şükür icində olasınız. Yaxşıyam.

      Cavab yaz
  • Anonim
    asi · 19 May 17:0914

    O qədər yaxşılıqdan uzaqlaşıb özümüzə qapanmışıq ki, adi bir kömək bizdə təəccüb yaradır..

    Cavab yaz
  • Anonim
    Ш · 19 May 17:2020

    Sadece insanliqdi yolda qalan hemiwe komek etmek lazimdi cunki seninde bawina gele biler

    Cavab yaz
  • Anonim
    orbet. · 19 May 17:3361

    Polis də bir insandır. Polislərdən yaxşısı ola bilməz? Olar! Hər yerdə yaxşı da var pis də. "Quruların oduna yaşlar da yanır".Allah razı olsun

    Cavab yaz
    • Anonim
      Orbetə · 19 May 18:0900

      Ay sağ ol.Polis haqqinda xəbərə yazirlar pisdi.Müəllim haqqinda xəbər verirlər orda da yazirlar pisdilər.Həkim haqqinda yazi gedir altini şərhlə pis pis fikirlərlə doldururlar.Məmur haqda bir xəbər yazirlar o da pisdi.Özünüzə gəlin.Nə oldu hamı pis oldu bir siz yaxsi oldunuz.Sizin haqqinizda nəsə xəbər versələr gəlin şərhə baxin görün pis yazirlar yaxşı yazirlar.Ondan sonra danışın.

      Cavab yaz
  • Anonim
    sikayetci · 19 May 18:4400

    Besdir!yaltaqlandiniz!teriflemeye adamlar tapmamisiz?!!!gedin isivize!men onlari yaxsi taniyiram!!!!!!!!

    Cavab yaz
    • Anonim
      mələy · 19 May 21:1900

      Siz niyə elə danışırsınız? Kimə yaltaqlanırıq. Sözün düzünü dedikdə yaltaqlıq olur. Kimisə qınamaq lazım deyil. Yaxşını pisdən ayırmaq lazım.

      Cavab yaz
  • Anonim
    SEVA TOVUZ · 19 May 22:2700

    Allah komekleri olsun yaxsi her yerde yaxsidir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.