Hadisə

Masallıda yük avtomobili aşdı - TIXAC YARANDI - FOTO

18 May 2017 20:36
1 Şərh     Baxış: 395

Masallıda yük avtomobili aşıb, nəticədə avtomagistralda nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə Masallı-Boradigah yolunun Masallının Bədəlan kəndi ərazisindən keçən hissəsində baş verib.
 
Lənkəran sakininin idarə etdiyi 90 JF 334 dövlət nömrə nişanlı qum-çınqılla dolu yük maşını idarəetməni itirərək aşıb. Xoşbəxtlikdən sürücü xəsarət almasa da, yük maşınına ciddi ziyan dəyib.
 
Yük maşınını yoldan götürmək üçün əraziyə iki qaldırıcı kran cəlb olunub. Hələlik yük maşınını yoldan götürmək mümkün olmayıb.
 
Hadisəyə səbəb kimi yük maşınının qarşısına azyaşlı uşağın çıxması nəticəsində sürücünün idarəetməni itirməsi göstərilir.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Anara · 18 May 21:2800

    Masalli gundemde

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.