Hadisə

Bakıda evlilik verilişində əlil qızla evlənib boşanan Röyal Türkiyədə ekranlara çıxdı - FOTO

17 May 2017 14:48
4 Şərh     Baxış: 10 477

İllər əvvəl Zaur Baxşəliyevin ATV-də yayımlanan "Onun yarısı" proqramında iştirak edən Röyal Məmmədovu, yəqin ki, bir çoxlarınız xatırladınız.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, qalmaqallı açıqlamaları və verilişdəki mövqeyi ilə fərqlənən Röyal uzun müddət gündəmi zəbt edən iştirakçılardan olmuşdu. İllər öncə Röyal həmin verilişdə Aytən adlı danışma qüsuru olan xanımla ailə qurmuşdu. Lakin daha sonra bəlli oldu ki, Röyal Aytəndən ayrılıb və Türkiyəyə köçüb. Bu yaxınlarda isə Röyal Türkiyədəki evlilik verilişlərinin birində yenidən ortaya çıxıb.

O, iki ay öncə "Star TV"də yayımlanan "Zuhal Topalla" izdivac verilişinə qatılıb və Naz adlı iştirakçıya elçi düşmüşdü. Nazdan arzuladığı cavabı ala bilməyən Röyal fəaliyyətini davam etdirərək, bu dəfə "Show TV"-də yayımlanan "Evleneceksen gel" verilişinə qatılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Sebr · 17 May 15:0110

    O qızla evlənmək də bir şou idi onun kimisi üçün.Nədi nədi camaat desin nə yaxşı oğlandı ee özü sağlam olsa da qüsurlu qızla evlənir!!Verilişin bağlanmağın fürsət bilib ayrılıb.Yazıq olan Aytənə.oldu.Xanım-xatın qız idi....Bu adam evlilik praqramına çıxmadan evlənə bilmir ki!?Heçmi ətrafında qız yoxdu!?Yoxsa elə bunu tanıyan arxaya baxmadan qaçıb gedir!?Maraqlıdı Vallah.

    Cavab yaz
  • Anonim
    619 · 17 May 15:0960

    gardaw konkret bekardi

    Cavab yaz
  • Anonim
    x · 17 May 16:1400

    buların işi gucu yoxdu o verlişdən bu verlişə bu verlişdəndə o verlişə oturun evnizdə qismətniz özü gəlib sizi tapacağdaa ne düşmusuz qismətin dalınca

    Cavab yaz
  • Anonim
    Angel · 18 May 14:1600

    Oyy bundan nece zehlem gedirdi cooooox ozunden razi bir tip

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.