Hadisə

Güclü külək Gəncədə fəsadlar törətdi - FOTO

10 May 2017 13:35
4 Şərh     Baxış: 1 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə qəfildən başlayan güclü külək şəhər təsərrüfatına ciddi ziyan vurub.

Milli.Az-ın ARB Kəpəz-ə istinadən məlumatına görə, təbiət hadisəsi nəticəsində Atatürk prospektində beşmərtəbəli yaşayış binasının, Dədə Qorqud küçəsində daha iki yaşayış binasının dam örtüyü uçub.

Şəhərin Mahrasa bağı adlanan ərazisində külək nəticəsində qırılan ağac fərdi yaşayış evinin damını yararsız hala salıb. Ümumilikdə Gəncənin 4 müxtəlif yerində yaşı 40-dan çox olan çinar ağacları aşıb. Ağaclardan biri Heydər Əliyev prospektinə düşüb, yol bağlanıb, avtomobillərin hərəkəti məhdudlaşıdırılıb.

Aidiyyəti qurum əməkdaşlarının müdaxiləsi ilə aşan ağac yoldan götürülüb, hərəkət bərpa olunub. Güclü külək Üzeyir Hacıbəyov prospektində dayanacağı da aşırıb, yolda bir istiqamətdə hərəkət məhdudlaşıb. Şəhər Fövqəladə Hallar Komissiyası dəymiş ziyanla bağlı araşdırma aparır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.