Hadisə

Bu gün 3 ev yanıb

29 Aprel 2017 15:37
0 Şərh     Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün 3 evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 1 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Lənkəran rayonunda olub. Rayonun Mamusta kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şabran rayonunda da ev yanıb. Rayonun Daşlıyataq kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.