Hadisə

Ermənilər Füzuliyə raket atdılar - FOTO

28 Aprel 2017 12:14
2 Şərh     Baxış: 3 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumatda deyilir ki, aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində "OSA" zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.

Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb.

İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.