Hadisə

Azərbaycanda yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB - VİDEO - FOTO

26 Aprel 2017 23:54
1 Şərh     Baxış: 4 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:54

Lənkəranda baş verən yol qəzasında ölənlərin sayı 2-yə, yaralıların isə  3-ə çatıb

Milli.Az APA-ya istinadən xəbər verir ki, Lənkəranın Velədi kəndi ərazisində "Mercedes" markalı avtomobil əvvəl "Lada Priora", daha sonra isə İran  vətəndaşına məxsus yük maşını ilə  toqquşub.

Güclü zərbə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
 
Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

---------

22:55

Lənkəranda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunda, Lənkəranın Velədi kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.  Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.