Hadisə

"Sınıq Körpü"də kütləvi DAVA - YENİLƏNİB

25 Aprel 2017 22:00
6 Şərh     Baxış: 2 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:00

"Sınıq Körpü" gömrük postunda kütləvi davanın baş verməsi və gömrük işçisinin döyülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:  "Bu gün bir sıra kütləvi informasiya vasitələrində Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən  "Sınıq Körpü"  gömrük postunda kütləvi dava baş verməsi, hadisə nəticəsində  "Sınıq Körpü" gömrük postunun əməkdaşının  xəsarət alması barədə həqiqətə uyğun olmayan məlumat yayılıb".
 
Dövlət Gömrük Komitəsi bildirir ki, "Sınıq Körpü" gömrük postunda "dispetçer" vəzifəsi yoxdur və ümumiyyətlə bu  postda Tural Musayev adlı gömrük əməkdaşı işləmir. Gün ərzində də gömrük postunun ərazisində hər hansı insident baş verməyib və gömrük postu gündəlik iş şəraitində fəaliyyətini davam etdirir.
 
"Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə,  onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat yayımlayarkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları 

21:59

Qazax rayonunda Dövlət Gömrük Komitəsinin (DGK) işçisi döyülüb. 

Milli.Az report.az-a istinadən bildirir ki, bu gün axşam saatlarında "Sınıq Körpü" gömrük-keçid məntəqəsində dispetçer işləyən Qazax rayon İkinci Şıxlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəşad Həmid oğlu Musayev ilə Gürcüstan vətəndaşları arasında mübabisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman hadisə yerinə gələn gömrük işçisinin qardaşı, 1982-ci il təvəllüdlü Tural Musayev də döyülüb. Hər iki qardaş müxtəlif bədən xəsarətləri alaraq Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Onlara həkimlər tərəfindən tibbi yardım göstərilib və qardaşlar travmatologiya şöbəsinə yerləşdirilib. 

Xəstəxanadan verilən məlumata görə, Rəşad və Tural Musayevlərin vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.