Hadisə

Bakıda ŞOK OLAY - Ərəb turist 16 yaşlı qızı cinsi əlaqə üçün otelə gətirdi... - VİDEO

22 Aprel 2017 10:51
80 Şərh     Baxış: 33 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdakı otellərin birində ərəb turistin iştirakı ilə xoşagəlməz hadisə yaşanıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, oteldə müştəri olan şəxs otelin girəcəyində bir ərəb və uşaq görkəmli qızın administratorla dialoqunun şahidi olub. Ərəb yanında gətirdiyi qızla nömrəyə getmək istəyib. Otel administratoru isə ərəbə başa salmağa çalışıb ki, Azərbaycanda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girmək cinayətdir.

Məlumatı verən mənbə bildirib ki, o, yaranmış mübahisədən istifadə edərək azyaşlı qızla söhbət edib ərəbin onu aldadaraq otelə gətirib-gətirmədiyi ilə, eyni zamanda yaşı ilə maraqlanıb. Nəticədə məlum olub ki, 2001-ci il təvəllüdlü qız Bakıda yerləşən barların birində ərəblə tanış olub. Otelə isə ərəblə gecələməyə gəlibmiş. Amma otel rəhbərliyi onların bu arzusunu çin olmağa qoymayaraq, həmin şəxslərə nömrə verməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda ŞOK OLAY - Ərəb turist 16 yaşlı qızı cinsi əlaqə üçün otelə gətirdi...

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.