Hadisə

Canavarlar kənd sakininə hücum etdi - YENİLƏNİB - VİDEO - FOTO

21 Aprel 2017 17:32
1 Şərh     Baxış: 1 706

17:32

Şəki rayonunun Qudula kənd sakini Bəhram Rəhman oğlu Seyidov döş qəfəsinin ön səthinin sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, ona yaşadığı kəndin yaxınlığında canavar hücum edib.

Bəhram Seyidova xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Bəhram Seyidov - Zərərçəkən: "Gördüm ki, 5 canavar gəlir, qoyuna hücum edir. Qarşısını aldım. 4-ü qayıtdı, 1-i qayıtmadı. 1 heyvanımızı yaraladı. Heyvanı buraxıb özümə hücum etdi. Artıq özümüzə hücum edirlər. Qarşısını ala bilmirik".

Bəhram Seyidov bildirib ki, dağlıq ərazidə ailəsinə məxsus qoyunları otararkən qəfildən 5 canavar sürüyə hücum edib. O, vəhşi heyvanları qovan zaman canavarlardan biri quzunu ağzına alaraq ərazidən qaçmaq istəyib. Canavar quzunu xilas edən Bəhram Seyidova xəsarət yetirib.

-----------

09:28

Şəkidə 28 yaşlı kişiyə canavar hücum edib.

Milli.Az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, aprelin 20-də saat 21.00 radələrində rayonun Qudula kənd sakini, 1989-cu il təvəllüdlü Bəhram Rəhman oğlu Seyidov döş qəfəsinin ön səthinin sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub. Ona yaşadığı kəndin yaxınlığında canavarın hücum edib. Bəhram Seyidova xəstəxanada lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Bəhram Seyidovun APA-ya bildirib ki, dağlıq ərazidə ailəsinə məxsus qoyunları otararkən qəfildən 5 canavar sürüyə hücum edib. O, vəhşi heyvanları qovan zaman canavarlardan biri quzunu ağzına alaraq ərazidən qaçmaq istəyib. Canavar quzunu xilas edən Bəhram Seyidova xəsarət yetirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Canavarlar Şəki sakininə hücum etdi

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    N · 21 Aprel 10:3300

    Insanlar canavarlardan ox vâ nizâylâ qorunsalar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.