Hadisə

Keçmiş rəisin oğlunun öldüyü qəzanın görüntüləri - VİDEO - FOTO

20 Aprel 2017 11:18
0 Şərh     Baxış: 3 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucar-Zərdab yolunun Ucarın Qazyan kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobillə "VAZ 21011" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ"da olanlardan Zərdab rayon sakini, 33 yaşlı Adışirin Sadıqov hadisə yerində ölüb. O, Zərdab Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur. Ucar rayonunun Qazyan kənd sakini, 60 yaşlı Nizami Manafov və Zərdab rayon sakini, 51 yaşlı Cavanşir Mürşüdov isə xəsarət alıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Keçmiş rəisin oğlunun öldüyü qəzanın görüntüləri

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.