Hadisə

Şəkidə BƏDBƏXT HADİSƏ: Kişi laqunda ilə çənəsini kəsdi - VİDEO - FOTO

19 Aprel 2017 11:38
0 Şərh     Baxış: 2 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Şəkidə bədbəxt hadisə baş verib.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, Suçma kənd sakini, 54 yaşlı Ələsgər Mənəfov həyatyanı sahəsində motorlu kəsici-hamarlayıcı alətlə - yəni laqunda ilə işləyərkən alətin daşı bir anda yerindən çıxıb və onu yaralayıb. Daş Ələsgər Mənəfovun çənəsinə dəyib və kəsib.

Yaralı dərhal Şəki MRX-na çatdırılıb. Burada ona ilkin tibbi yardım göstərilib.

Xəstəxanadan verilən məlumata görə, hazırda xəstənin vəziyyəti orta ağırdır. Xəstə əməliyyat üçün Bakıya göndəriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

ŞƏKİDƏ BƏDBƏXT HADİSƏ: Kişi laqunda ilə çənəsini kəsdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.