Hadisə

Azərbaycana göndərilən 170 min avroluq dərman Ukraynada yoxa çıxdı - FOTO

12 Aprel 2017 16:39
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın "Epidbiomed" tibbi şirkətinə məxsus dərman və digər tibbi ləvazimatlarla yüklü 20 tonluq avtomobil Ukraynada naməlum şəxslər tərəfindən oğurlanıb.

Milli.Az xəbər verir ki, şirkətin baş direktoru Surxay Mustafayev APA-ya bildirib ki, sürücüsü ilə birlikdə yoxa çıxan avtomobildə 170 000 avroluq yük olub.
 
Avstriyadan Bakıya yola salınan yükün olduğu avtomobil Ukrayna ərazisinə girdikdən sonra sürücü ilə əlaqənin itdiyini bildirən S. Mustafayevin sözlərinə görə, yükü çatdırmağa Ukrayna şirkəti məsul olub: "Yükün çatdırılmasını "Rodnev" şirkəti üzərinə götürüb. Rəsmi müqavilə bağlamışıq. Dərman və digər tibbi ləvazimatlardan ibarət yük Avstriyadan alınıb, Ukraynaya qədər problemsiz gəlib. Ukrayna ərazisində isə sürücü Taras Revayla əlaqə kəsilib. Maşın yoxa çıxdıqdan sonra "Rodnev" şirkəti də bizimlə əlaqəni müəmmalı şəkildə kəsib. Xeyli müddət əlaqə yarada bilmədik, sonradan öyrəndik ki, yük naməlum şəkildə oğurlanıb. Ukraynanın bir sıra rəsmi qurumlarına müraciət etsək də, cavab və nəticə yoxdur".
 
S. Mustafayev onu da əlavə edib ki, yükün yoxa çıxmasında "Rodnev" şirkətinin əli olduğunu ehtimal edirlər.
 
Qeyd edək ki, son bir neçə ay ərzində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 18 ağır tonnajlı yük maşınları Ukraynada oğurlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.