Hadisə

Ginnesin Rekordlar Kitabına düşmüş erməni əsgəri məhv edildi

29 Mart 2017 10:02
13 Şərh     Baxış: 10 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan ordusu Qarabağda daha bir hərbçisini itirib.

Milli.Az femida.az-a istinadən xəbər verir ki, güllə yarasından ölən əsgər 20 yaşlı Artak Rafaelyandır. O, martın 28-də, saat 13:30 radələrində cəbhənin şərq istiqamətində aldığı güllə yarasından ölüb.

Ermənistan mətbuatı bu xəbəri xüsusi təəssüf hissi ilə yayımlayıb. Buna səbəbsə məhv edilən əsgərin Ginnesin Rekordlar Kitabına düşməsidir. Belə ki, pulemyotçu uzandığı yerdə 11011 dəfə "jim" etdiyi üçün Ginnesin Rekordlar Kitabına düşübmüş. O, həmçinin boksla məşğul olurmuş.

Məlumatda, həmçinin 20 yaşlı əsgərin aprel döyüşlərində pulemyotçu kimi iştirak etməsi və medalla da təltif olununması da qeyd olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.