Hadisə

Qaxda avtomobil aşdı - Ölən və xəsarət alan var - VİDEO - FOTO

27 Mart 2017 18:58
2 Şərh     Baxış: 1 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az-ın report -a istinadla məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 98-ci kilometrliyində, rayonun Qarabaldır kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İsa Cavanşir oğlu Səfərov idarə etdiyi 90-ZX-339 Dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarına aşırıb. Bir-neçə dəfə yuvarlanan avtomobildə olan sərnişin - Qax rayon Zərnə kənd sakini 1994-cü il təvəllüdlü Elnarə Elmir qızı Abdurəhmanova aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində keçinib. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qaxda avtomobil aşıb, ölən və xəsarət alan var

Qaxda avtomobil aşdı - Ölən və xəsarət alan var - 1

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.