Hadisə

Azərbaycanlı tələbə erməni alimi universitetdən qovdurdu - FOTO

27 Mart 2017 16:18
89 Şərh     Baxış: 98 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın Lodz Universitetində oxuyan azərbaycanlı tələbənin şikayəti əsasında erməni müəllim işdən qovulub.

Milli.Az vətəninfo-ya istinadən xəbər verir ki, tələbə Fatimə Şirəliyeva erməni millətindən olan universitet müəlliminin haqsızlığı ilə üzləşib. Belə ki, ümumi fənlər üzrə Fatiməyə dərs deyən müəllim atalıq məzuniyyətinə getdiyindən imtahanları universitetin erməni millətindən olan Krakovyan adlı müəllimin götürəcəyi məlum olur.

"Bu müəllim imtahanlara kimi bir neçə dəfə dərslərimizə də girirdi. Mənim Azərbaycandan olduğumu biləndən sonra bunun mənə qarşı hərəkətləri, fikirləri tamam dəyişmişdi. Mən imtahana erməni müəllimin girəcəyini bildikdən sonra, mövzumu dəyişdim və Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan istiqamətində hazırlaşdım.

İmtahanda bu istiqamətdə hazırladığım məruzəmi səsləndirəndə Krakovyan bir neçə dəfə məndə səhvlər çıxarmağa çalışdı. Amma mən ona bütün həqiqətləri çatdıranda susmalı oldu. Çıxışımdan sonra bütün tələbələr məni alqışladıqda erməni müəllim daha da qəzəblənirdi", - deyən Fatimə bildirdi ki, imtahandan sonra Krakovyan ona imtahanın cavabını e-mail adresinə göndərəcəyini bildirir.

Krakovyan Fatimənin e-mail ünvanına göndərdiyi imtahan cavabında qiymət almadığını və kəsildiyini bildirir.

Fatimə Krakovyanın bu hərəkəti ilə bağlı Lodz Universitetinin rəhbərliyinə məlumat verir. Lakin ali məktəb rəhbərliyi Krakovyanın 15 ildən artıq müddətdə burada çalışdığını, indiyədək ondan şikayət edilmədiyini əsas gətirərək, ona qarşı heç bir cəza görmür. Bir müddət sonra isə Polşa Respublikasının təhsil naziri universitetdə hansısa bir tədbirə qatılır. Bu vaxt Fatimə naziri yaxınlaşaraq Krakovyanın ona qarşı haqsızlıq etdiyini, Azərbaycandan olduğu üçün imtahandan kəsdiyini bildirir.

Təhsil naziri Fatimənin dinlədikdən sonra göstəriş verir və Krakovyan universitetdən qovulur.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin 2012-2016-cı illərdə tələbəsi olmuş 1995-ci il təvəllüdlü  Şirəliyeva Fatimə Kamil qızı 2014-2015-ci illərdə Tələbə Mübadiləsi proqramı ilə Polşa Respublikasının Lodz şəhərində təhsil almağa göndərilib. Fatimə təhsil aldığı müddətdə Dağlıq Qarabağ mövzusunda keçirilən tədbirlərdə fəal iştirak etməklə bərabər, universitetin ən aktiv tələbəsi kimi Azərbaycan həqiqətlərinin Polşa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan gənclərdən birinə çevrilib. Fatimənin aktivliyi Lodz Universitetinin rəhbərliyi tərəfindən də rəğbətlə qarşılanır. Elə bunun nəticəsidir ki, universitet rəhbərliyi Azərbaycandan olan tələbələrin müxtəlif layihələrini dəstəkləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.