Hadisə

Piyada vuruldu: sürücü deyir, adama yox, dirəyə çırpılıb - FOTO

25 Mart 2017 10:09
0 Şərh     Baxış: 2 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda yol qəzası baş verib, bir nəfər ağır xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində baş verib.

Belə ki, Kərgəlan kənd sakini, 68 yaşlı Rzayeva Mehriban Barat qızı ağır xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Travmatik şok diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilən M.Rzayevanın yaxınları onu avtomobil vurduğunu söyləyiblər.

Hadisə yerinə dövlət yol polisinin əməkdaşları gəlib. İlkin araşdırmalar zamanı məlum olub ki, qadını vuran "VAZ-2107" markalı 42-BT-667 dövlət qeydiyyat nişanlı avtomobil daha sonra yoldan çıxaraq yol kənarındakı telefon rabitə dirəyinə çırpılıb. Amma 37 yaşlı sürücü, Haftoni kənd sakini Bayverdiyev Elşad Yunus oğlu M.Rzayevanı vurmadığını iddia edib. O, qarşısına çıxan iribuynuzlu heyvanı vurmamaq üçün manevr etdiyini, nəticədə yoldan çıxaraq yolun kənarındakı kanalın kənarında maneəyə çırpıldığını deyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.