Hadisə

Bakıda "Mercedes" mikroavtobusa çırpıdı: sərnişin öldü, yaralılar var

23 Mart 2017 15:39
0 Şərh     Baxış: 1 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 20-də saat 15.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sumqayıt şəhər sakini Məmmədəli Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Ağstafa rayon sakini Amil Hüseynovun idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusa vurub və idarəetməni itirdiyindən avtomobil eyni istiqamətdə hərəkətdə olan Abşeron rayon sakini Müşfiq Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb, "Mercedes-Sprinter" markalı mikrovtobus isə aşıb.

Nəticədə A.Hüseynovun sərnişini Neftçala rayon sakini Elçin Səfərov hadisə yerində ölüb. Özünə və digər sərnişininə, habelə M.Mustafayevin sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.