Hadisə

Azərbaycan Ermənistandan 6 pillə irəlidədir

23 Mart 2017 09:59
0 Şərh     Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan yenə Ermənistanı qabaqlayıb.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, söhbət  BMT-nin inkişaf proqramının məruzəsi əsasında tərtib olunan insan inkişafının indeksinə görə, dünya ölkələrinin vəziyyətindən gedir. Ölkəmiz cədvəldə 78, Ermənistan isə 84 pillədədir. 

Burada, əsasən, gözlənilən ömür uzunluğu, adambaşına düşən təhsil və gəlir, eyni zamanda sosial müdafiə, əhalinin sağlamlıq və mədəni inkişafının göstəriciləri, cinayət və mühafizə məsələləri nəzərə alınıb.  

Məruzədəki rəqəmlərə əsasən, Norveç, Avstraliya, İsveçrə, Almaniya və Danimarka insan inkişafına görə dünyada ilk beşlikdə qərarlaşıblar. ABŞ 10-cu yerdədir. Rusiya 49, Belarus 52, Qazaxstan 56, Gürcüstan 70, Azərbaycan 78-ci yeri bölüşür. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.