Hadisə

Azərbaycanda dəhşətli qəza: ölənlər və yaralananlar var - YENİLƏNİB

22 Mart 2017 23:01
1 Şərh     Baxış: 6 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:01

Bərdədə ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Küçərli adlanan ərazisində baş verib.

"VAZ 2106" və "Jeep" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-da olan iki nəfər, Bərdə rayon Keçəlpara kənd sakinləri, 1997-ci il təvəllüdlü Kərimov Təbriz Nadir oğlu və 1998-ci il təvəllüdlü Abdullayev Rahib  Knyaz oğlü ölüb.
 
Qəza nəticəsində 4 nəfər yaralanıb. Bunlar Bərdə rayonu Keçəlpara kənd sakini, 1993-cü il təvəllüdlü Yəhyayev Orxan Rəhbər oğlu və Ağdam rayonu, Maqsudlu kənd sakinləri, 2004-cü il təvəllüdlü Rəhimov Fərid Behbud oğlu, 2010-cu il təvəllüdlü Rəhimov Rəmzi Rəşad oğlu və 1973-cü il təvəllüdlü Rəhimov Behbud Sahib oğludur.
 
Qəzanın səbəbləri araşdırılır.

---------

20:25

Bərdədə ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Küçərli adlanan ərazisində baş verib.

İlkin məlumata görə, VAZ 2106 və "Jeep" markalı avtomobillərin toqquşması nəticəsində ölən və yaralananlar var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.