Hadisə

Göyərtəsində 44 sərnişin olan təyyarə qəzaya uğradı - YENİLƏNİB - VİDEO - FOTO

20 Mart 2017 20:55
0 Şərh     Baxış: 4 943

20:55

Cənubi Sudanda qəzaya uğrayan təyyarədə olanların hamısı sağ qalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ekipaj üzvlərinin və xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunublar, hava gəmisinin yanan hissəsi söndürülüb.

Qəza nəticəsində 14 nəfər xəsarət alıb. Təyyarənin "South Supreme Airlines" aviaşirkətinə məxsus olduğu bildirilir. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

----------

18:47

Cənubi Sudanda göyərtəsində 44 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təyyarə Vau şəhərinin aeroportunda yerə çırpılıb. Təyyarədə olan bütün sərnişinlər hamısının öldüyü ehtimal olunur.

--------

18:23

Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Airlive" portalı məlumat yayıb.
 
Təyyarə Vau aeroportunda yerə çırpılıb. Təyyarənin göyərtəsində 44 sərnişin olub. Qəza ilə bağlı digər təfərrüatlar barədə məlumat verilmir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
В Судане разбился самолет: пассажиры выжили

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.