Hadisə

Körpüdə iki maşın toqquşdu: 9 yaralı var - YENİLƏNİB

19 Mart 2017 11:06
0 Şərh     Baxış: 2 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:06

Bu gün Tovuz şəhərində, Heydər Əliyev prospektində "VAZ 2106" və "VAZ2101" markalı minik avtomobilləri toqquşub.

Milli.Az report-a istinadən xəbər verir ki, qəza Tovuzçay üzərindəki körpünün üzərində olub. Hadisə nəticəsində 9 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alan şəxslər Tovuz rayon Bayramlı kənd sakini, 1963-cü il təvəllüdlü Zahid Haçıyev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Rasim Qasımov, Bakı şəhər sakini, 1983-cu il təvəllüdlü Gündüz Məhərrəmov, Bayramlı kənd sakini, 1984-cü il təvəllüdlü Samir Paşayev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Azadə Cəfərova, Tovuz rayon sakini, 1956-cı il təvəllüdlü Afət Axundova və onun bacısı Mətanət Axundovadır. Digər iki yaralının vəziyyəti yüngül olub.

Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin körpü üzərində ötmə əməliyyatı aparması olub.

----------

09:43

Bu gün Tovuz şəhərində, Heydər Əliyev prospektində "VAZ 2106" və "VAZ2101" markalı minik avtomobilləri toqquşub.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, qəza Tovuzçay üzərindəki körpünün üzərində olub.

Qəzada xəsarət alan 6 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. 

Hazırda faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.