Hadisə

"Mənə 30-dan çox iynə vurdular" - Dilqəm ağır durumdadır

18 Mart 2017 10:37
12 Şərh     Baxış: 4 645

Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə növbəti dəfə məktub göndərib. 

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Onun sözlərinə görə, Dilqəm Əsgərovun səhhətində ciddi problemlər var.

"Atam və Şahbazla görüş keçirilib. Məktubda atam vəziyyətinin ağır olduğunu, səhhətində ciddi problemlərin olduğunu yazıb. Məktubda qeyd edib ki, ona 10 gün ərzində 30-dan çox iynə vurublar. Atam Beynəlxalq Qızıl Xaç Komitəsinin həkimlərindən hələ bir xəbər almadığını yazıb. Sonda isə "kəlbəcərlilərin bayramını təbrik edirəm"- deyə qeyd edib. Atam, həmçinin onu axtaran və axtaramayan, tanıyan və tanımayan hər kəsə salam göndərib". 

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. 

"Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Şafa · 18 Mart 10:5770

    Niyə axı bu yazıqları qaytaran yoxdu Ay Allah çox böyuk dərddi həm ailəyə həm özünə

    Cavab yaz
  • Anonim
    N▪ · 18 Mart 11:1690

    Hər dəfə bu şəkili görəndə çox pis oluram. Kim bilir 3 il ərzində nə işgəncələr görüb. Şərəfsizlər!

    Cavab yaz
  • Anonim
    Oxucu · 18 Mart 11:23150

    Ay Allah, ya Qadir Allah bu Mərd oğulların qapısın aç.

    Cavab yaz
    • Anonim
      Arzu · 18 Mart 11:4021

      Biz ise ermenilere bakida qonaqliq veririk .olara yazğmiz gelir.

      Cavab yaz
  • Anonim
    ((( · 18 Mart 11:4030

    ALLAH KOMEK OLSUN AMIN ALLAH

    Cavab yaz
  • Anonim
    sena · 18 Mart 11:5310

    Niye qizil xac qaytarmir bes

    Cavab yaz
    • Anonim
      Oxucu · 18 Mart 12:47110

      Sena xanım, dünyada ədalət varki? ATƏTƏ, BMT-nin 4 qətnaməsinə dığa,şərəfsiz ermənilər bunlara məhəl qoyub Atəşkəsə əməl edirlərki?

      Cavab yaz
  • Anonim
    Elmira · 18 Mart 12:1980

    ALLAHDAN umud kesilmez.Inwallah tezlikle qovuwsunlar ailesine.ne ede biliriki, ancaq dua sebir dilemekden bawqa.Allah sebir versin.

    Cavab yaz
  • Anonim
    Umrao · 18 Mart 12:2190

    Esir heyati-her gun olmek budur ((niye gucumuz yetmir bu yaziqlari qaytarmaga?Biz onlara bele ede bilerik?Esla.Onlarin helede dushmen elinde olmasi bizim utancimiz, acizliyimizdi.Ureyim goyneyir her bu esirlerimiz haqda oxuyanda.Hemishe de fikrimde diler.

    Cavab yaz
  • Anonim
    Ayla · 18 Mart 13:3490

    Allah yolunu tezlikle acsin.

    Cavab yaz
  • Anonim
    Leman · 18 Mart 13:5790

    Allah bəlaların versin erməni eclaflarin

    Cavab yaz
  • Anonim
    mən · 18 Mart 19:1990

    Ay Allah,gör kimlərin əlində aciz qalmışıq! Bu şərəfsiz erməniləri nə vaxt əzərik axı!?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.